Azərbaycanda ən çox səhmdarı olan şirkətlər açıqlanıb. FED.az xəbər verir ki, Bakı Fond birjası səhmdarlarının sayı 50-dən artıq olan müəssisələrin siyahısını dərc edib. Siyahıya əsasən ölkədə 559 belə müəssisə var. Ən çox səhmdarı olan müəssisə «Azərboru» ASC-dir – bu şirkətin 2295 səhmdarı var. Səhmdarların sayına görə sonrakı yeri Azərbaycan Beynəlxalq Bankı (1742 səhmdar), Neftyoltikintitəmir ASC (1238 səhmdar), «AZENCO» ASC (1210 səhmdar), « Neftlayihətikinti» ASC (1191 səhmdar) və «Azəraqrartikinti» ASC-dir (1097 səhmdar).
Azərbaycanda ən çox səhmdarı olan şirkətlər açıqlanıb – SİYAHI
17:14
8 Avq 2019