Azərbaycanda ən çox qeyri-faiz gəliri əldə etmiş banklar məlum olub.
FED.az xabər verir ki, bu ilin 9 ayının nəticələrinə görə, ən çox qeyri-faiz gəliri əldə etmiş banklar “Kapital Bank”, Azərbaycan Beynəlxalq Bankı, “PAŞA Bank, “Bank Respublika” və “Accessbank”dır.
Eləcə də bax:Azərbaycanda qeyri-faiz gəlirlərinin həcmi üzrə – BANKLARIN RENKİNQİ (01.10.2019)
Ən az qeyri-faiz gəliri olan banklar isə “Ziraat Bank”, “Bank Melli İran”ın Bakı filialı və “Pakistan Milli Bank”ının Bakı filialıdır.
Ən çox qeyri-faiz gəliri əldə edən bankların göstəriciləri isə aşağıdakı kimidir:
“Kapital Bank” – 113 milyon 274 min manat
Azərbaycan Beynəlxalq Bank – 100 milyon 336 min manat
“PAŞA Bank” – 51 milyon 756 min manat
“Bank Respublika” – 36 milyon 943 min manat
“Accessbank” – 25 milyon 581 min manat