Azərbaycanda biznes sektoruna ən çox kredit verilən sahələr məlum olub. Bu ilin iyul ayının sonunda Azərbaycanda banklar tərəfindən bizneslərə verilmiş kreditlərin həcmi 17 milyard 333 milyon manat olub.
FED.az biznes və maliyyə xəbərləri portalı Mərkəzi Banka istinadən xəbər verir ki, biznes kreditlərinin ən böyük hissəsi, 4 milyard 213 milyon manatı və ya 24,3%-i ticarət müəssisələrinə verilmiş kreditlərin payına düşüb.
Sənaye sahələrinə verilmiş kreditlərin həcmi 2 milyard 722 milyon manat (15,7%), nəqliyyat sahəsinə verilmiş kreditlərin həcmi 2 milyard 686 milyon manat (15,5%) təşkil edib.
Ən çox biznes kredit verilən biznes sahələri arasında dördüncü yeri 1 milyard 988 milyon manat (11,5%) kredit ilə kənd təsərrüfatı, beşinci yeri 1 milyard 823 milyon manat (10,5%) kredit ilə tikinti sahəsi tutub.
Ən az biznes krediti isə informasiya və rabitə sahəsinə verilib – 793 milyon manat və ya ümumi kreditlərin 4,6%-i qədər.
Digər qeyri-istehsal və xidmət sahələrinə verilmiş biznes kretlərinin həcmi 3 miluard 108 milyon manat olmaqla, ümumi biznes kreditlərinin 18%-ini tutub.





![Azərbaycanda ən çox kredit ticarətə verilir – [red]SAHƏLƏR MƏBLƏĞLƏR - QRAFİK[/red] | FED.az](/upload/news/small/873071.jpg)
![Azərbaycanda ən çox kredit ticarətə verilir – [red]SAHƏLƏR MƏBLƏĞLƏR - QRAFİK[/red] | FED.az](/upload/news/small/3588379.png)








