Bank sektorunda kredit faizlərindən əldə edilən gəlirlər, bankların əsas qazanc mənbələrindən biridir.
Azərbaycanda qiymətli kağızlar üzrə ən çox faiz gəliri toplayan banklar – SİYAHI, MƏBLƏĞLƏR, CƏDVƏLLƏR (2024)
FED.az xəbər verir ki, 2024-cü ilin sonuna olan rəqəmlər göstərir ki, bu sahədə ən çox gəlir əldə edən banklar «Kapital Bank», «Azərbaycan Beynəlxalq Bankı» (ABB) və «Paşa Bank»dır. Siyahıda birinci yeri tutan «Kapital Bank» kredit faizlərindən 702 132 000 manat gəlir əldə edib ki, bu da bankın ümumi gəlirlərinin 48%-ni təşkil edir. İkinci sırada «Azərbaycan Beynəlxalq Bankı» (ABB) qərarlaşır və bu bankın kredit faizlərindən əldə etdiyi gəlir 664 444 000 manatdır, bu da onun ümumi gəlirlərinin 53%-ni təşkil edir. «Paşa Bank» isə 265 164 000 manatla üçüncü sıradadır və bu gəlir, bankın ümumi gəlirlərinin 36%-ni əhatə edir.
Ən az gəlir əldə edən banklar arasında isə «Melli İran Bankı», «Avrasiya Bank» və «Azərbaycan Sənaye Bankı» yer alır. Bu banklar digər banklar ilə müqayisədə daha az gəlir əldə etsələr də, ümumi gəlirlərində bu mənbənin payı müxtəlif səviyyələrdədir.
«Melli İran Bankı» kredit faizlərindən yalnız 5 071 000 manat gəlir əldə edib ki, bu rəqəm sektorda ən aşağı göstəricidir. Lakin, bu bankın ümumi gəlirlərində kredit faizlərinin payı 99%-dir. Bu da onu göstərir ki, bankın əsas gəlir mənbəyi yalnız kreditlərdir və digər maliyyə fəaliyyətlərindən praktiki olaraq gəlir əldə etmir.
«Avrasiya Bank» kredit faizlərindən 12 718 000 manat gəlir əldə edib ki, bu da bankın ümumi gəlirlərinin 72%-ni təşkil edir. «Azərbaycan Sənaye Bankı» isə kredit faizlərindən 16 962 000 manat gəlir götürüb ki, bu da onun ümumi gəlirlərinin 33%-ni əhatə edir. Bu üç bankın kredit faizlərindən əldə etdikləri gəlirlər, iri banklarla müqayisədə əhəmiyyətli dərəcədə aşağıdır.
Son olaraq qeyd edək ki, «Turan Bank», «Azər Türk Bank», «Expressbank», «Ziraat Bank Azərbaycan», «Yapı Kredi Bank Azərbaycan», «BTB Bank», «Premium Bank», «VTB Bank Azərbaycan» və «AFB Bank» kredit faizlərindən 100 000 000 manatdan az gəlir əldə edən banklardır.
Bankların 2024-cü ildə topladığı kredit faizi gəlirləri və bu məbləğin onların ümumi gəlirlərindəki payı:
№ |
Bankın adı |
Kredit faizlərindən əldə edilən gəlir (min manatla) |
Bankın ümumi gəlirlərdəki payı |
1 |
Kapital Bank |
702 132 |
48% |
2 |
Azərbaycan Beynəlxalq Bankı (ABB) |
664 444 |
53% |
3 |
PAŞA Bank |
265 164 |
36% |
4 |
Unibank |
220 388 |
62% |
5 |
AccessBank |
213 971 |
87% |
6 |
Bank Respublika |
200 594 |
73% |
7 |
Bank of Baku |
144 317 |
84% |
8 |
Yelo Bank |
134 498 |
76% |
9 |
Xalq Bank |
130 926 |
58% |
10 |
Rabitəbank |
100 557 |
60% |
11 |
Turan Bank |
81 086 |
73% |
12 |
Azər -Türk Bank |
71 314 |
49% |
13 |
Expressbank |
64 110 |
72% |
14 |
Ziraat Bank Azərbaycan |
38 559 |
59% |
15 |
Yapi Kredi Bank Azərbaycan |
32 260 |
45% |
16 |
Bank BTB |
31 208 |
79% |
17 |
Premium Bank |
27 951 |
57% |
18 |
VTB Bank |
27 229 |
57% |
19 |
AFB Bank |
17 818 |
56% |
20 |
Azərbaycan Sənaye Bankı |
16 962 |
33% |
21 |
Avrasiya Bank |
12 718 |
72% |
22 |
Melli İran Bank |
5 071 |
99% |
|
|
||
|
Bankların ümumi gəliri |
3 203 277 |
55% |
Bankların 2024-cü ildə topladığı kredit faizi gəlirləri və bu məbləğin bank sektorunun ümumi komissiya haqqı yığımlarındakı payı:
№ |
Bankın adı |
Kredit faizi gəlirləri (min manatla) |
Bank sektorunda toplanan ümumi kredit faizi gəlirlərində payı |
1 |
Kapital Bank |
702 132 |
21.92 |
2 |
Azərbaycan Beynəlxalq Bankı (ABB) |
664 444 |
20.74 |
3 |
PAŞA Bank |
265 164 |
8.28 |
4 |
Unibank |
220 388 |
6.88 |
5 |
AccessBank |
213 971 |
6.68 |
6 |
Bank Respublika |
200 594 |
6.26 |
7 |
Bank of Baku |
144 317 |
4.51 |
8 |
Yelo Bank |
134 498 |
4.20 |
9 |
Xalq Bank |
130 926 |
4.09 |
10 |
Rabitəbank |
100 557 |
3.14 |
11 |
Turan Bank |
81 086 |
2.53 |
12 |
Azər -Türk Bank |
71 314 |
2.23 |
13 |
Expressbank |
64 110 |
2.00 |
14 |
Ziraat Bank Azərbaycan |
38 559 |
1.20 |
15 |
Yapi Kredi Bank Azərbaycan |
32 260 |
1.01 |
16 |
Bank BTB |
31 208 |
0.97 |
17 |
Premium Bank |
27 951 |
0.87 |
18 |
VTB Bank |
27 229 |
0.85 |
19 |
AFB Bank |
17 818 |
0.55 |
20 |
Azərbaycan Sənaye Bankı |
16 962 |
0.53 |
21 |
Avrasiya Bank |
12 718 |
0.40 |
22 |
Melli İran Bank |
5 071 |
0.16 |
|
|||
Bank sektorunun ümumi kredit faizi gəliri |
3 203 277 |
100% |