Bank sektorunda komissiya haqları müştərilər üçün bəzən nəzərə çarpmayan, lakin ümumi gəlirlərin mühüm hissəsini təşkil edən əsas mənbələrdən biridir.
Azərbaycanda banklar pulu nədən qazanırlar? – GƏLİR MƏNBƏLƏRİ, MƏBLƏĞLƏR – BANKLAR (31.12.2024)
FED.az xəbər verir ki, müştərilərin kart ödənişlərindən, kredit rəsmiləşdirmələrindən və digər bank xidmətlərindən tutulmuş komissiyalar nəticəsində banklar ötən il ərzində ümumilikdə 1,29 milyard manat gəlir əldə ediblər.
Bu məbləğ bank sektorunun ümumi gəlirlərinin 22%-ni təşkil edir. Başqa sözlə, bankların qazandığı hər 5 manatdan 1 manatı komissiya haqqının hesabınadır. Amma bəzi banklarda komissiya gəlirləri daha yüksəkdir və bank üçün əsas gəlir mənbələrindən birinə çevrilib.
FED.az xəbər verir ki, 2024-cü ilin sonuna komissiya haqlarından ən çox gəlir qazanan üç bank Kapital Bank, Azərbaycan Beynəlxalq Bankı (ABB) və Paşa Bankdır. Kapital Bank 562,5 milyon manat komissiya haqqı gəliri əldə edərək siyahıda lider mövqedədir və bu gəlir mənbəsinin bankın ümumi gəlirlərindəki payı 37%-dir.
Azərbaycan Beynəlxalq Bankı (ABB) 230,5 milyon manat gəlir və 18%-lik payla ikinci, Paşa Bank isə 163,6 milyon manat gəlir və 22%-lik payla üçüncü sırada qərarlaşır.
Ümumiyyətlə il ərzində bank sektorunda toplanan komissiya haqlarının təq8ribən 44%-i «Kaapital Bank»ın, təqribən 18%-i «Azərbaycan Beynəlxalq Bankı - ABB»nin, təqribən 13%-i isə «Paşa Bank»ın payına düşür.
FED.az xəbər verir ki,, ən az komissiya haqqı gəliri əldə edən banklar sırasında «Melli İran Bankı», «Bank Avrasiya» və «Azər-Türk Bank» yer alır. «Melli İran Bankı»nın cəmi 8 min manatlıq komissiya haqqı gəliri var və bu göstərici ümumi gəlirlərində cəmi 1%-lik pay tutur. «Bank Avrasiya» 787 min manat, «Azər-Türk Bank» isə 1,2 milyon manat gəlir əldə edib. Müvafiq olaraq «Bank Avrasiya»nın gəlirlərinin 4%-i, Azər-Türk Bankın gəlirlərinin isə 1%-i komissiya haqlarından daxil olub.
Komissiya haqqlarından qazanılan gəlir həcmləri müxtəlifdir. FED.az xəbər verir ki, 500 milyon manatdan çox gəlir əldə edən yalnız «Kapital Bank»dır. 100 milyon – 250 milyon manat arasında gəliri olan banklar ABB, «Paşa Bank» və «Unibank»dır.
10 milyon – 100 milyon manat arasında gəlir əldə edənlər «Rabitəbank», «Bank Respublika», «Xalq Bank», «Yapı Kredi Bank Azərbaycan», «Bank of Baku», «AccessBank», «Expressbank», «Premium Bank» və «Yelo Bank»dır. Digər bankları isə komissiya haqqlarından 10 milyon manatdan aşağı gəlir əldə ediblər.
Bu sırada xüsusilə «Unibank»ı qeyd etmək lazımdır – «Unibank» aktivlərin həcmi və digər göstəricilər üzrə ona yaxın olan banklardan dəfələrlə artıq komissiya haqqı toplamağa nail olub. Ona ən yaxın rəqəbi 3 dəfə az komissiya haqqı toplaya bilib.
FED.az xəbər verir ki, bank sektorunda komissiya haqları üzrə gəlir fərqi inanılmaz dərəcədə böyükdür. Kapital Bank 562,5 milyon manat gəlirlə bazara hakim mövqedədir, sıralamada axırıncı yerlərdən birini tutan «Bank Avrasiya» isə il ərzində cəmi 787 min manat komissiya haqqı toplayıb. Başqa sözlə, «Bank Avrasiya»nın bir il ərzində topladığı komissiya haqqını «Kapitalbank» günortaya qədər toplaya bilir.
Bankların 2024-cü ildə topladığı komissiya haqları və bu məbləğin onların ümumi gəlirlərindəki payı:
№ |
Bankın adı |
Komissiya haqqı gəlirləri (min manatla) |
Bankın ümumi gəlirlərdəki payı |
1 |
Kapital Bank |
562 524 |
37% |
2 |
Azərbaycan Beynəlxalq Bankı (ABB) |
230 491 |
18% |
3 |
Paşa Bank |
163 588 |
22% |
4 |
Unibank |
105 009 |
29% |
5 |
Rabitəbank |
38 431 |
23% |
6 |
Bank Respublika |
30 322 |
11% |
7 |
Xalq Bank |
26 844 |
12% |
8 |
Yapı Kredi Bank Azərbaycan |
18 567 |
25% |
9 |
Bank of Baku |
18 430 |
9% |
10 |
AccessBank |
16 559 |
7% |
11 |
Expressbank |
15 268 |
17% |
12 |
Premium Bank |
13 098 |
26% |
13 |
Yelo Bank |
12 273 |
6% |
14 |
Turan Bank |
9 615 |
9% |
15 |
Ziraat Bank Azərbaycan |
7 920 |
12% |
16 |
AFB Bank |
7 271 |
23% |
17 |
Bank BTB |
6 049 |
15% |
18 |
Azərbaycan Sənaye Bankı |
4 099 |
8% |
19 |
VTB Bank |
2 518 |
5% |
20 |
Azər‐Türk Bank |
1 213 |
1% |
21 |
Bank Avrasiya |
787 |
4% |
22 |
Melli İran Bankı |
8 |
1% |
|
|
||
|
Bankların ümumi gəliri |
1 290 884 |
22% |
Bankların 2024-cü ildə topladığı komissiya haqları və bu məbləğin bank sektorunun ümumi komissiya haqqı yığımlarındakı payı:
№ |
Bankın adı |
Komissiya haqqı gəlirləri (min manatla) |
Bank sektorunda toplanan ümumi komissiya haqlarında payı |
1 |
Kapital Bank |
562 524 |
43,6% |
2 |
Azərbaycan Beynəlxalq Bankı (ABB) |
230 491 |
17,9% |
3 |
Paşa Bank |
163 588 |
12,7% |
4 |
Unibank |
105 009 |
8,1% |
5 |
Rabitəbank |
38 431 |
3,0% |
6 |
Bank Respublika |
30 322 |
2,3% |
7 |
Xalq Bank |
26 844 |
2,1% |
8 |
Yapı Kredi Bank Azərbaycan |
18 567 |
1,4% |
9 |
Bank of Baku |
18 430 |
1,4% |
10 |
AccessBank |
16 559 |
1,3% |
11 |
Expressbank |
15 268 |
1,2% |
12 |
Premium Bank |
13 098 |
1,0% |
13 |
Yelo Bank |
12 273 |
1,0% |
14 |
Turan Bank |
9 615 |
0,8% |
15 |
Ziraat Bank Azərbaycan |
7 920 |
0,6% |
16 |
AFB Bank |
7 271 |
0,6% |
17 |
Bank BTB |
6 049 |
0,5% |
18 |
Azərbaycan Sənaye Bankı |
4 099 |
0,3% |
19 |
VTB Bank |
2 518 |
0,2% |
20 |
Azər‐Türk Bank |
1 213 |
0,1% |
21 |
Bank Avrasiya |
787 |
0,06% |
22 |
Melli İran Bankı |
8 |
- |
|
|
||
|
Bank sektorunun ümumi komissiya gəliri |
1 290 884 |
100,0% |