Bank sektorunda rəqabətin artması özünü müxtəlif sahələrdə, o cümlədən yeni texnologiyaların tətbiqində büruzə verir. Artıq bir neçə ildir ki, banklar fiziki genişlənmə (yeni filialların və şöbələrin açılması) ilə yanaşı, daha güclü şəkildə texnologiyaların tətbiqinə üstünlük verirlər. Hazırda əsas rəqabət olan sahələrdən biri bankların mobil tətbiqlərindən istifadədir. Hazırda əksər bankların mobil applikasiyası var. FED.az Azərbaycanda fəaliyyət göstərən bankların mobil applikasiyasını araşdırıb.
“Azərbaycan Beynəlxalq Bank”ın mobil applikasiyası – «Play market»də 100 000+ qurğuya yüklənib, 2 417 istifadəçi tərəfindən 2,2 ulduz verilib. “iOS” əməliyyat sistemində yükləmə sayı göstərilmir, amma bankın applikasiyası 279 istifadəçi tərəfindən 2,4 balla qiymətləndirilib.
“PAŞA Bank”ın mobil applikasiyası «Play market»də 100.000+ qurğudan yüklənib, 2 558 istifadəçi tərəfindən 4,5 ulduz verilib. “iOS” əməliyyat sistemində bankın applikasiyası 251 istifadəçi tərəfindən 4,4 balla qiymətləndirilib.
“Xalq Bank”ın mobil applikasiyası «Play market»də 10 000+ qurğudan yüklənib, 343 istifadəçi tərəfindən 2,1 ulduz verilib. “iOS” əməliyyat sistemində bankın applikasiyası 21 istifadəçi tərəfindən 2,5 balla qiymətləndirilib.
Hazırda müvəqqəti inzibatçı təyin edilmiş “NBCBank”ın mobil applikasiyası «Play market»də 1 000+ qurğudan yüklənib, 85 istifadəçi tərəfindən 3,9 ulduz verilib. “iOS” əməliyyat sistemində bankın applikasiyası 1 istifadəçi tərəfindən 5,0 balla qiymətləndirilib.
“Kapital Bank”ın mobil applikasiyası 10 000+ qurğudan yüklənib, 53 istifadəçi tərəfindən 3,5 ulduz verib. Araşdırma göstərir ki, bankın “Bir Bank”ın mobil applikasiyası daha populyardır. Belə ki, bu mobil əlavə «Play market»də 1 000 000+ qurğudan yüklənib, 17 199 istifadəçi tərəfindən 4,2 ulduz verilib. “iOS” əməliyyat sistemində isə “Bir Bank” applikasiyası 771 istifadəçi tərəfindən 4,2 balla qiymətləndirilib.
“AFBBank”ın mobil applikasiyası «Play market»də 10 000+ qurğudan yüklənib, 404 istifadəçi tərəfindən 2,8 ulduz verilib. “iOS” əməliyyat sistemində bankın mobil applikasiyası 8 istifadəçi tərəfindən 4,5 balla qiymətləndirilib.
“Bank Melli İran”ın mobil applikasiyası «Play market»də 1 000 000+ qurğudan yüklənib, 79 396 istifadəçi tərəfindən 4,5 bal sistemi ilə qiymətləndirilib. “iOS” əməliyyat sistemində bankın mobil applikasiyası yoxdur.
“Unibank”ın mobil applikasiyası «Play market»də 100 000+ qurğudan yüklənib, 10 153 istifadəçi tərəfindən 4,7 bal sistemi ilə qiymətləndilib. Bankın “Unibank Business” mobil applikasiyası isə 10 000+ qurğudan yüklənib, 119 istifadəçi tərəfindən 3,9 bal sistemi ilə qiymətləndirilib. “iOS” əməliyyat sistemində bankın mobil applikasiyası 11 187 istifadəçi tərəfindən 4,8 balla qiymətləndirilib.
“Günay Bank”ın “CİB” mobil proqramı mövcuddur. Ümumilikdə «Play market»də 50 000+ qurğudan yüklənən proqram 1 200 istifadəçi tərəfindən 3,1 bal sistemi ilə qiymətləndirilib. “iOS” əməliyyat sistemində bankın mobil applikasiyası 39 istifadəçi tərəfindən 4,4 balla qiymətləndirilib.
Müvəqqəti inzibatçılıq tətbiq edilən digər bank - “AGBank”ın mobil applikasiyası «Play market»də 10 000+ qurğudan yüklənib, 326 istifadəçi tərəfindən 3,9 bal sistemi ilə qiymətləndirilib. “iOS” əməliyyat sistemində bankın mobil applikasiyası 6 istifadəçi tərəfindən 3,0 balla qiymətləndirilib.
“Bank BTB”nin mobil applikasiyası «Play market»də 5 000+ qurğudan yüklənib, 103 istifadəçi tərəfindən 4,0 bal sistemi ilə qiymətləndirilib. “iOS” əməliyyat sistemində bankın mobil applikasiyası 2 istifadəçi tərəfindən 2,0 balla qiymətləndirilib.
“Bank of Baku”nun mobil applikasiyası «Play market»də 10 000+ qurğudan yüklənib, 1 683 istifadəçi tərəfindən 4,5 bal sistemi ilə qiymətləndirilib. “iOS” əməliyyat sistemində bankın applikasiyası 130 istifadəçi tərəfindən 4,4 balla qiymətləndirilib.
“Expressbank”ın “Express24” mobil proqramı mövcuddur. Ümumilikdə «Play market»də 10 000+ qurğudan yüklənib, 504 istifadəçi tərəfindən 4,0 bal sistemi ilə qiymətləndirilib. “iOS” əməliyyat sistemində bankın mobil applikasiyası 57 istifadəçi tərəfindən 4,6 balla qiymətləndirilib.
“Ziraat Bank Azərbaycan”ın mobil applikasiyası «Play market»də 10 000 000+ qurğudan yüklənib, 381 851 istifadəçi tərəfindən 4,5 bal sistemi ilə qiymətləndirilib.
“Muğanbank”ın mobil applikasiyası «Play market»də 10 000+ qurğudan yüklənib, 127 istifadəçi tərəfindən 3,3 bal sistemilə qiymətləndirilib. “iOS” əməliyyat sistemində bankın mobil applikasiyası 13 istifadəçi tərəfindən 3,5 balla qiymətləndirilib.
“Rabitabank”ın mobil applikasiyası «Play market»də 10 000+ qurğudan yüklənib, 732 istifadəçi tərəfindən 4,2 bal sistemilə qiymətləndirilib. “iOS” əməliyyat sistemində bankın mobil applikasiyası 135 istifadəçi tərəfindən 4,7 balla qiymətləndirilib.
“Premium Bank”ın “Premium Mobile Bank” mobil applikasiyası «Play market»də 5 000+ qurğudan yüklənib, 68 istifadəçi tərəfindən 2,3 bal sistemi ilə qiymətləndirilib. “iOS” əməliyyat sistemində bankın mobil applikasiyası 14 istifadəçi tərəfindən 3,3 balla qiymətləndirilib.
“TuranBank”ın “MobilBank” mobil applikasiyası «Play market»də 10 000+ qurğudan yüklənib, 194 istifadəçi tərəfindən 3,9 bal sistemi ilə qiymətləndirilib. “iOS” əməliyyat sistemində bankın mobil applikasiyası 8 istifadəçi tərəfindən 3,0 balla qiymətləndirilib.
“Bank Avrasiya”nın mobil applikasiyası «Play market»də 1000+ qurğudan yüklənib, 59 istifadəçi tərəfindən 4,3 bal sistemi ilə qiymətləndirilib. “iOS” əməliyyat sistemində bankın mobil applikasiyası 2 istifadəçi tərəfindən 3,0 balla qiymətləndirilib.
“Accessbank”ın “myAccess mobile banking” mobil applikasiyası «Play market»də 100 000+ qurğudan yüklənib, 943 istifadəçi tərəfindən 4,2 balla qiymətləndirilib. “iOS” əməliyyat sistemində bankın mobil applikasiyası 33 istifadəçi tərəfindən 3,7 balla qiymətləndirilib.
“Bank Respublika”nın “MobilBank” applikasiyası «Play market»də 50 000+ qurğudan yüklənib, 793 istifadəçi tərəfindən 3,0 balla qiymətləndirilib. “iOS” əməliyyat sistemində bankın mobil applikasiyası 14 istifadəçi tərəfindən 3,0 balla qiymətləndirilib.
“Azərbaycan Sənaye Bankı”nın mobil applikasiyası «Play market»də 1 000+ qurğudan yüklənib, 34 istifadəçi tərəfindən 3,4 bal sistemi ilə qiymətləndilib. “iOS” əməliyyat sistemində bankın mobil applikasiyası 6 istifadəçi tərəfindən 4,3 balla qiymətləndirilib.
“Bank VTB” (Azərbaycan) mobil applikasiyası «Play market»də 10 000+ qurğudan yüklənib, 79 istifadəçi tərəfindən 2,8 ulduz verilib. “iOS” əməliyyat sistemində bankın mobil applikasiyası 8 istifadəçi tərəfindən 3,6 balla qiymətləndirilib.
“YapıKredi Bank Azərbaycan”ın “MobilBank” applikasiyası «Play market»də 10 000+ qurğudan yüklənib, 509 istifadəçi tərəfindən 2,5 balla qiymətləndirilib. “iOS” əməliyyat sistemində bankın mobil applikasiyası 50 istifadəçi tərəfindən 4,7 balla qiymətləndirilib.