Sahibkarlığın İnkişafı Fondu 2023-cü ilin 4 ayı ərzində məbləğ üzrə ən çox güzəştli kredit verən müvəkkil kredit təşkilatlarının (bank, bank olmayan kredit təşkilatları, kredit ittifaqlarının) siyahısını dərc edib.
FED.az xəbər verir ki ən çox güzəştli kredit verən müvəkkil kredit təşkilatları aşağıdakılardır:
1. Bank Respublika - 5.3 mln. AZN
2. PASHA Bank OJSC - 4 mln. AZN
3. Rabitabank OJSC - 2.4 mln. AZN
4. AccessBank Azerbaijan - 1.7 mln AZN
5. Expressbank ASC - 1.2 mln. AZN
2023-cü ilin 4 ayı ərzində 343 layihənin maliyyələşdirilməsinə 16,6 milyon manat güzəştli kredit verilib. Verilmiş kreditlər hesabına 231 yeni iş yerinin yaradılması nəzərdə tutulur.