Azərbaycanda fəaliyyət göstərən 30 bankın faiz xərclərinin cəmi 511 milyon 389 min manat təşkil edib ki, bu məbləğin də 59,4% və ya 209 milyon 107 min manatı 3 bankın payına düşüb. Bu banklar Azərbaycan Beynəlxalq Bankı, "Kapital Bank" və "Accessbank" olub.
FED.az bankların 2019-cu ilin sonuna olan maliyyə hesabatına istinadən xəbər verir ki, ən çox faiz xərci Azərbaycan Beynəlxalq Bankına məxsus olub. Maliyyə təşkilatının faiz xərci 98 milyon 161 min manat olub.
Eləcə də bax: Azərbaycanda faiz xərclərinin həcmi üzrə – BANKLARIN RENKİNQİ (31.12.2019)
Faiz xərci üzrə ölkədə banklara arasında ikinci böyük rəqəm “Kapital Bank”a məxsus olub. Bankın faiz xərci 63 milyon 365 min manat təşkil edib.
Ölkədə 3-cü ən çox faiz xərci olan bank “Accessbank” olub. Bankın faiz xərci 47 milyon 756 min manat təşkil edib.
Eləcə də bax: Banklar 2019-cu ili belə başa vurdular- MƏNFƏƏT VƏ ZƏRƏR - SİYAHI - YENİLƏNİR
Ən az faiz xərcləri “Naxçıvanbank”da (5346 min manat), “Bank Melli İran”nın Bakı filialında (122 min manat) və “Pakistan Milli Bank”ının Bakı filialında (4 min manat) olub. Qeyd edək ki, ümumilikdə 10 bankın faiz xərci 9 milyon manatdan aşağıdır.