Azərbaycanda fəaliyyət göstərən “Media Consulting & Services” noyabrın 1-dən 30-a qədər mediada ən çox adıçəkilən maliyyə qurumlarının statistikasın tərtib edib. Monitorinq şirkəti bildirir ki, araşdırma 10 TV, 55 çap və 500 online media daxil olmaqla 565-dən çox mənbədən, eyni zamanda sosial şəbəkələrdə aparılıb.
Bank sektoru üzrə cəmi 25059 ad hallanıb. Adı hallanan TOP10-luğa həmişəki kimi ABB başçılıq edir. Oktyabrdan fərqli olaraq noyabrda “Bank VTB (Az.) və “Expressbank”ın adları daha irəli gələrək TOP10-luqda qərarlaşıblar.
Sığorta Şirkətləri üzrə 1563 şirkət adının hallanması. Burda da siyahıya adəti üzrə “Atəşgah” SŞ başçılıq edir. Oktyabr ayı ilə müqayisədə noyabrda “Günay Sığorta”, “PAŞA Həyat”, “Rəvan” SŞ TOP 10-luğa daxil olublar. “Başaq İnam” SŞ oktyabrdan fərqli olaraq noyabrda bazarı tərk etdiyi kimi, bu siyahını da tərk edib.