Azərbaycanda ən böyük depozit portfeli olan banklar məlum olub.
FED.az bankların 2019-cu ilin sonuna olan hesabatına istinadən xəbər verir ki, Azərbaycanda ən böyük depozit portfeli Azərbaycan Beynəlxalq Bankına məxsusdur. Bankın 5 milyard 636 milyon manat depozit potfeli var.
Eləcə də bax: Azərbaycanda depozit portfelinin həcmi üzrə – BANKLARIN RENKİNQİ (31.12.2019)
İkinci ən böyük depozit portfeli “Paşa Bank”a məxsusdur. Banka yerləşdirilən depozitlərin məbləği 3 milyard 586 milyon manatdır. Üçlüyü isə 3 milyard 236 milyon manatla Kapital Bank” tamamlayır.
Eləcə də bax: Banklar 2019-cu ili belə başa vurdular- MƏNFƏƏT VƏ ZƏRƏR - SİYAHI - YENİLƏNİR
Ölkədə olan 30 bank arasında ən az depozit portfeli “Bank Avrasiya” (53 mln 822 min), “Bank Melli İran”ın Bakı filialı (11 mln 948 min manat), “Pakistan Milli Bank”ının Bakı filialı (407 min manat) təşkil edib.