Azərbaycanda bu ilin ikinci rübünün sonuna olan vəziyyətə görə kredit portfelinin həcmi ən böyük olan bankların adları məlum olub.
FED.az biznes və maliyyə xəbərləri portalı bu barədə bankların rüblük hesabatları əsasında hazırladığı kredit portfelinin həcmi üzrə renkinqə istinadən xəbər verir.
Kredit portfelinin həcmi üzrə – BANKLARIN RENKİNQİ (30.06.2026)
Kredit portfelinin dinamikası üzrə – BANKLARIN RENKİNQİ (2025/30.06.2026)
Renkinqə görə, kredit portfeli ən çox olan bank «ABB»dir. Bankın kredit portfelinin həcmi 7,6 milyard manat təşkil edir.
Siyahının ikinci yerində 5 milyard 954 milyon manat kredit portfeli ilə «Kapital Bank» qərarlaşıb.
«PAŞA Bank» isə 3,6 milyard manat kredit portfeli ilə üçüncü yerdədir.
«XalqBank» 1,8 milyard manat kredit portfeli ilə siyahının dördüncü, «Bank Respublika» isə 1,7 milyard manat kredit portfeli ilə siyahının beşinci yerindədir.













