Azərbaycanda kredit faizlərinin ən yüksək olduğu iqtisadi rayonların siyahısı açıqlanıb.
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, ölkə üzrə orta faiz dərəcəsi 14,15% olsa da, bəzi regionlarda bu göstərici xeyli yüksəkdir.
Renkinqə Dağlıq Şirvan iqtisadi rayonu başçılıq edir. Bu regionda kreditlər üzrə orta faiz dərəcəsi 20,65% (211 milyon 11 min manat) təşkil edir.
İkinci yerdə Mərkəzi Aran iqtisadi rayonu qərarlaşıb. Burada bu göstərici 20,24% (636 milyon 507 min manat) olub.
Qazax-Tovuz iqtisadi tayonu 20,06% (608 milyon 578 min manat) dərəcəsi ilə üçüncü sırada yer alıb.
Şirvan-Salyan iqtisadi rayonunda orta faiz dərəcəsi 19,84% (500 milyon 444 min manat), Lənkəran-Astara iqtisadi rayonunda isə orta faiz dərəcəsi 19,80% (735 milyon 445 min manat) təşkil edib.
Siyahını altıncı yerində 19,73% (576 milyon 16 min manat) ilə Qarabağ iqtisadi rayonu, yeddinci yerində isə 19,39% (384 milyon 628 min manat) Mil-Muğan iqtisadi rayonu qərarlaşıb.
Azərbaycanda ən baha kreditlərin verildiyi iqtisadi rayonlar - SİYAHI
21:29
27 Avq 2026













