Azərbaycanda 2022-ci ildə ən az əmək haqqı xərci ödəyən banklar məlum olub.
İşçilərə ödənilən əmək haqqı məbləğınə görə – BANKLARIN RENKİNQİ (31.12.2022)
FED.AZ Renkinq xəbər verir ki, bu «Bank Avrasiya» və «Naxçıvanbank»dır. Ötən il «Bank Avrasiya» əməkdaşlarına 2 milyon 918 min manat əmək haqqı ödəyib.
«Naxçıvanbank»da bu məbləğ 2 milyon 971 min manat olub.
«Günay Bank» və «Azərbaycan Sənaye Bankı» da ən az əmək haqqı ödəyən banklar sırasındadır – onların illik əmək haqqı fondu 5 milyon manata çatmayıb.
2022-ci ildə Azərbaycanda ən böyük əmək haqqı xərcləri isə Azərbaycan Beynəlxalq Bankı (ABB), «Kapital Bank», «Unibank», «Respublikabank» və «Paşa Bank»dadır.
Ölkədə 5 bankın illik əmək haqqı xərcləri 50 milyon manatdan yuxarı, 2 bankın əmək haqqı xərci isə 100 milyon manatdan artıqdır.
2022-ci ildə Azərbaycan banklarının əmək haqqı xərcləri – SİYAHI - MƏBLƏĞLƏR