Azərbaycanda ən az kredit verən banklar məlum olub.
FED.az xəbər verir ki, bankların bu ilin 9 ayı üzrə açıqladığı hesabata görə, hansı bankın nə qədər kredit verdiyi məlum olub.
Belə ki, yanvar-sentyabr aylarında 30 bank arasında ən az krediti verən 6 bank olub. Bunlar “Ziraat Bank” Azərbaycan, “Amrahbank”, “Bank Avrasiya”, “Naxçıvanbank”, “Bank Melli iran”nın Bakı filialı və “Pakistan Milli Bank”nın Bakı filialıdır.
Eləcə də bax:Azərbaycanda kredit portfelinin həcmi üzrə – BANKLARIN RENKİNQİ (01.10.2019)
Adları qeyd edilən banklar bu ilin 9 ayının nəticəsinə görə 150 milyon manatdan az kredit verib. “Pakistan Milli Bank”nın Bakı filialının verdiyi kreditlərin məbləği isə heç 1 milyon manata da çatmayıb.
Bankların verdiyi kreditlərin məbləği isə aşağıdakı kimidir:
“Ziraat Bank Azərbaycan” - 130 milyon 593 min manat
“Amrahbank” - 115 milyon 457 min manat
“Bank Avrasiya” - 90 milyon 039 min manat
“Naxçıvanbank”- 84 milyon 696 min manat
“Bank Melli İran” - 4 milyon 247 min manat
“Pakistan Milli Bank”nın Bakı filialı 923 min manat