Azərbaycanda ən az kredit vermiş bank məlum olub.
FED.az biznes və malimyyə xəbərləri portalının bankların kredit portfeli üzrə tərtib etdiyi renkinqə əsasən, ölkədə ən az kredit verən banklar – «Bank Avrasiya» və İran Milli Bankının Bakı filialıdır.
Bu bankların kredit portfelləri digər banklara nisbətən olduqca kiçikdir.
Belə ki, 2026-cı ilin 3-cü rübünün nəticələrinə görə, «Bank Avrasiya»nın kredit portfeli cəmi 139,5 milyon manat təşkil edir. Bankların bu tarixə olan ümumi kredit portfeli isə 33 milyard 684 milyon manatdır.
Bu hesabda «Bank Avrasiya»nın kredit hovuzunda payı 1 faizdən də azdır - cəmi 0,41% təşkil edir.
İran Milli Bankının Bakı filialının kredit portfeli isə ümumiyyətlə 2,7 milyon manatdır. Və onun ölkənin maliyyə sistemində hər hansı payından danışmaq yersizdir.















