2025-ci ilin yekunlarına əsasən, Azərbaycanda fəaliyyət göstərən bankların əməliyyat mənfəətinin illik artım dinamikası açıqlanıb.
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, hesabat dövründə bəzi bankların əməliyyat gəlirliliyində kəskin artım müşahidə olunub.
Renkinqə "Bank of Baku" ASC başçılıq edir. Bankın əməliyyat mənfəəti illik müqayisədə 96,6% artaraq mütləq ifadədə 19 milyon 708 min manat böyüyüb.
İkinci yerdə "Bank Melli İran" Bakı filialı qərarlaşıb – burada artım 45,0% və ya 1 milyon 198 min manat olub.
"Bank VTB (Azərbaycan)" ASC 39,4% artım tempi ilə üçüncü sırada yer alıb (mütləq artım 2 milyon 845 min manat).
Siyahının sonrakı pillələrini eyni artım göstəricisi ilə (36,4%) "Bank Respublika" ASC və "Ziraat Bank Azərbaycan" ASC bölüşür. Mütləq ifadədə artım müvafiq olaraq 21 milyon 975 min manat və 11 milyon 760 min manat təşkil edib.













