Ötən ilin son rübündə Azərbaycan bankları arasında əmək haqqı xərcləri ən yüksək olan bankların adları məlum olub.
Azərbaycanda əmək haqqı xərclərinin həcmi üzrə – BANKLARIN RENKİNQİ (31.12.2023)
FED.az bankların rüblük hesabatlarına istinadən xəbər verir ki, bu sahədə ən yüksək göstərici "Kapital Bank"dadır. 208 milyon 733 min manat.
İkinci pillədə isə 157 milyon 234 min manatla ölkənin nəhəng bankı "Azərbaycan Beynəlxalq Bankı" gəlir.
"Paşa Bank"da əmək haqqı xərcləri 87 milyon 157 min manat təşkil edib.
"Unibank"da isə bu göstərici 60 milyon 660 min manat olub.
"Bank Respublika"da əmək haqqı və digər kompensiya növləri üzrə xərclər 55 milyon 303 min manat təşkil edib.
Bankların əmək haqqı xərcləri üzrə göstəriciləri haqqında daha ətraflı FED.az RENKİNQ-də izləyə bilərsiniz.