Əmanətlərin Sığortalanması Fonduna üzv bankların reyestrində dəyişiklik edilib.
FED.az xəbər verir ki, Əmanətlərin Sığortalanması Fondunun (ƏSF) Himayəçilik Şurasının qərarına əsasən 30 iyul 2007-ci il tarixdə Fonda üzv olan “Muğan Bank” ASC "Əmanətlərin sığortalanması haqqında" Azərbaycan Respublikası Qanununun 22.3.1-ci maddəsinə uyğun olaraq Əmanətlərin Sığortalanması Fonduna üzv bankların reyestrindən çıxarılmış və banka verilmiş şəhadətnamə ləğv edilmişdir.
Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin 18 oktyabr 2023-cü il tarixli Qərarı ilə məcmu kapitalının miqdarının banklar üçün müəyyən edilmiş minimum miqdarından az olduğuna, məcmu kapitalının adekvatlıq əmsalının 3 faizdən az olmasına, cari fəaliyyətini etibarlı və prudensial qaydada həyata keçirmədiyinə, habelə bankın daxili idarəetmə və nəzarət prosedurları adekvat olmadığına görə “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 16.1.6-cı, 16.1.7-ci, 16.1.9-cu, 16.1.18-ci, 57-ci və 61.1-ci maddələrinə əsasən “Muğan Bank” ASC-nin lisenziyası 19 oktyabr 2023-cü il tarixindən etibarən ləğv edilmiş, banka müvəqqəti inzibatçı təyin edilmiş və bankın müflisləşmə yolu ilə ləğv edilməsi barədə məhkəməyə müraciət olunmuşdur.
Əmanətlərin Sığortalanması Fondu "Əmanətlərin sığortalanması haqqında" Azərbaycan Respublikası Qanununun 30.1-ci maddəsinə əsasən iştirakçı bankların 20 oktyabr 2023-cü il tarixinə olan reyestrini ictimaiyyətin diqqətinə çatdırır:
|
Reyestrə daxil olma tarixi |
Bankın adı |
1 |
30.07.07 |
ASC "XALQ"Bankı |
2 |
30.07.07 |
"Azərbaycan Beynəlxalq Bankı"ASC |
3 |
30.07.07 |
“ACCESSBANK” QSC |
4 |
30.07.07 |
Melli İran Bankı Bakı filialı |
5 |
30.07.07 |
"Azər-Türk Bank" ASC |
6 |
30.07.07 |
"Bank of Baku" ASC |
7 |
30.07.07 |
"Bank Respublika" ASC |
8 |
30.07.07 |
"Kapital Bank" ASC |
9 |
30.07.07 |
"YELO BANK" ASC |
10 |
30.07.07 |
"Rabitəbank" ASC |
11 |
30.07.07 |
"TURANBANK" ASC |
12 |
30.07.07 |
"UNİBANK" KB ASC |
13 |
30.07.07 |
Yapı Kredi Bank Azərbaycan QSC |
14 |
07.08.07 |
"Expressbank"ASC |
15 |
10.09.07 |
"Azərbaycan Sənaye Bankı" ASC |
16 |
04.12.07 |
"Bank Avrasiya" ASC |
17 |
04.12.07 |
"Paşa Bank" ASC |
18 |
29.08.08 |
"Naxçıvanbank" ASC |
19 |
16.01.09 |
"AFB BANK"ASC |
20 |
26.02.09 |
BANK VTB (AZƏRBAYCAN) ASC |
21 |
28.04.09 |
PREMIUM BANK ASC |
22 |
15.04.10 |
Bank "BTB" ASC |
23 |
15.05.15 |
"Ziraat Bank Azərbaycan" ASC |