Azərbaycanda ən çox və ən az kredit verilən rayon/şəhərlər məlum olub.
FED.az xəbər verir ki, ölkədə adambaşına düşən kreditin həcminə görə, ən yüksək yeri Bakı şəhəri tutur – paytaxtda adambaşına düşən ümumi kreditlərin həcmi 5 min 213 manat təşkil edir.
Kreditin həcminə görə sonrakı yerləri Sumqayıt, Naxçıvan, Naftalan və Gəncə şəhərləri tutur. Ölkədə adambaşına verilən kreditlərin həcminə görə ən aşağı yeri Ordubad, Balakən və Ağdam şəhəri tutur.
Məsələn, Ordubadda adambaşına düşən kreditin məbləği Sumqayıtla müqayisədə, 13 dəfə azdır.
Şirvan, Mingəçevir və Zaqatala da, adambaşına düşən kreditlərin həcminə görə, ilk sıralardadır.
Ümumiyyətlə, ölkədə 30 şəhər və rayonda adambaşına düşən kreditin həcmi 300 manatdan yuxarı, 36 rayonda isə bu həddən aşağıdır.
12 rayon və şəhərdə isə adambaşına düşən kreditin məbləği 150 manatdan da aşığıdır.
Adambaşına düşən kreditin məbləği rayon və şəhərdərdə iqtisadi və biznes aktivlik, bank sektorunun aktivliyi və dolayısı ilə əhalinin həyat səviyyəsinin göstəricisi sayıla bilər.