Azərbaycan Mərkəzi Bankı əhalinin bank əmanətlərinin sığortalanmasının yeni modelini hazırlayacaq.
FED.az xəbər verir ki, bunu AMB-nin sədri Elman Rüstəmov deyib.
Eləcə də bax: Azərbaycanda əmanətləri sığortalanan - BANKLARIN SİYAHISI AÇIQLANDI
“Hazırda biz əmanətlərin sığortalanmasının yeni modeli üzərində işləyirik. Hesab edirik ki, bu sistem yumşaq formada və mərhələli şəkildə tətbiq olunmalıdır”, - Rüstəmov cümə günü mətbuat konfransında bildirib.