Azərbaycanda dövlət xətti ilə - Sahibkarlığın İnkişafı Fondu vasitəsilə güzəştli kreditləri aşağıdakı kredit qurumlarından almaq olar.
Eləcə də bax: Bu il sahibkarlara verilən güzəştli kreditin həcmi - AÇIQLANIB
FED.az xəbər verir ki, bunlar SİF-in müvəkkil kredit təşkilatlarıdır.
BANKLAR
1. "AccessBank" QSC
2. "AFB Bank" ASC
3. "Azərbaycan Beynəlxalq Bankı" ASC
4. "Azər-Türk Bank" ASC
5. “Azərbaycan Sənaye Bankı” ASC
6. “Bank Avrasiya” ASC
7. Bank "BTB" ASC
8. "Bank of Baku" ASC
9. "Bank Respublika" ASC
10. "Expressbank" ASC
11. "GünayBank" ASC
12. "Kapital Bank" ASC
13. "Muğanbank" ASC
14. “Naxçıvanbank” ASC
15. "Paşa Bank" ASC
16. "Rabitəbank" ASC
17. "TuranBank" ASC
18. "Unibank" KB ASC
19. Bank "VTB Azərbaycan" ASC
20. ASC "Xalq" Bankı
21. "YapıKredi Bank Azərbaycan" QSC
22. "Yelo Bank" ASC
23. "Ziraat Bank Azərbaycan" ASC
BANK OLMAYAN KREDİT TƏŞKİLATLARI
1. "Aqrarkredit" QSC BOKT
2. "Asel Kredit" BOKT MMC
3. "City Finance" BOKT MMC
4. "Embafinans" MMC
5. "Finex Kredit" BOKT ASC
6. "Finoko" BOKT ASC
7. "GOLD FİNANCE" BOKT MMC
8. "İdeal BOKT" MMC
9. BOKT "İnternational" QSC
10. “MCB BOKT” QSC
11. "PSG Finans" BOKT MMC
KREDİT İTTİFAQLARI
1. "Abbas" Kredit İttifaqı MMC
2. "Amin Kredit İttifaqı" MMC
3. "Aqil" BOKİ MMC
4. "Aran Kredit İttifaqı" MMC
5. "Aşıxlı Kredit İttifaqı" MMC
6. "Elit" Kredit İttifaqı MMC
7. "Əmanət Kredit İttifaqı" MMC
8. "Hindarx Kredit İttifaqı" MMC
9. "İnci Kredo" Kredit İttifaqı MMC
10. "Prins kredit İttifaqı" MMC
11. "Refinans" Kredit ittifaqı MMC
12. "Sevinc Kredit İttifaqı" MMC
Güzəştli kreditin şərtləri
§ Kreditin məbləği - 5 min manatdan 10 milyon manatadək
§ Kreditin müddəti 10 ilədək
§ İllik faiz dərəcəsi 5 %-dək
§ Kredit üzrə güzəşt müddəti - kredit müddətinin yarısınadək
Güzəştli kreditlər müvəkkil kredit təşkilatları (bank, bank olmayan kredit təşkilatı, kredit ittifaqı və.s.) vasitəsilə verilir.
Güzəştli kreditlərin verilməsi üzrə prioritet istiqamətlər hər il Fondun Müşahidə Şurasının qərarı ilə müəyyən edilir.
Tələb olunan sənədlər:
1. Sahibkarlıq subyektinə aid məlumatların Fonda ötürülməsinə dair sahibkarın razılığını təsdiq edən sənədin əsli;
2. 200 min manatadək kreditlər üzrə sahibkarlıq subyektinin investisiya layihəsinə dair məlumat, 200 min manatdan böyük kreditlər üzrə biznes plan;
3. “Kredit büroları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq müəyyən edilmiş kredit hesabatı;
4. VÖEN-in surəti;
5. Şəxsiyyət vəsiqəsinin surəti;
6. Sahibkarın fəaliyyət göstərəcəyi yerə və ya əmlaka dair sənədlərin surətləri.
Qeyd: Sənədlərin əsli ilə düz olması müvəkkil kredit təşkilatının səlahiyyətli nümayəndəsi tərəfindən imza və möhürlə təsdiq edilir, notarial qaydada təsdiq tələb olunmur.
Müraciət qaydası
§ Sahibkar müvəkkil kredit təşkilatına müraciət edir.
§ Kredit təşkilatı qərarını 10 iş günü ərzində sahibkara bildirir.
§ Kredit təşkilatı layihəyə müsbət rəy verdiyi halda, Fonda müraciət edir.
§ Fond qərarını 10 iş günü ərzində kredit təşkilatına bildirir.
§ Fond müsbət qərar qəbul edərsə, kredit təşkilatı sahibkarla sənədləşmə işlərini yekunlaşdıraraq sifariş göndərir.
§ Fond mənfi qərar verərsə, kredit təşkilatı sahibkarı məlumatlandırmalıdır.
§ Sifariş əsasında 3 iş günü ərzində kredit təşkilatının hesabına köçürülən vəsait kredit təşkilatı tərəfindən 5 iş günü ərzində sahibkara verilməlidir.