2020-ci ilin birinci rübündə Azərbaycanda dollar alış-satışı 60% artıb.
Eləcə də bax: İlin əvvəlindən Mərkəzi Bank- 26 VALYUTA HƏRRACI KEÇİRİB
FED.az xəbər verir ki, bu barədə Mərkəzi Bankın Hazırladığı Pul Siyasəti İcmalında deyilir.
İcmalda deyilir ki, xarici mühitdə baş verən proseslərin dolayı təsirləri ilə bağlı Azərbaycanın valyuta bazarında mart ayında dollara tələb artsa da sonrakı aylarda vəziyyət sabitləşib.
Hesabat dövründə də valyuta bazarında əməliyyatların həcminin artması müşahidə edilib. Rüb ərzində nağdsız valyuta bazarında aparılmış əməliyyatların həcmi ötən ilin müvafiq dövrünə nəzərən 26.1% artaraq 7.7 mlrd. ABŞ dolları ekvivalentində olub.
Nağdsız valyuta əməliyyatlarının 87.7%-i ABŞ dollarında, 12.3%-i isə digər valyutalarda aparılmışdır.
Valyuta əməliyyatlarının 43.1%-i banklararası valyuta bazarında (BVB), 56.9%-i isə bankdaxili valyuta bazarında (BDVB) reallaşdırılmışdır. ABŞ dolları, Avro, İngilis funt sterlinqi, Rus rublu ilə əməliyyatlar daxil olmaqla Rüb ərzində BVB-də əməliyyatların 99%-i ABŞ dollarında, 0.8%-i avroda, 0.2%-i isə digər valyutalarda aparılmışdır.
BVB-də valyuta əməliyyatları üzrə dövriyyə əsasən “Bloomberg” platformasında aparılan əməliyyatlar hesabına formalaşmışdır. BDVB-də valyuta əməliyyatlarının həcmi 4.4 mlrd. dollar ekvivalentində olmuşdur ki, bunun da 79.2%-ni ABŞ dolları ilə əməliyyatlar təşkil etmişdir. BDVB-də valyuta əməliyyatlarının 91.6%-i hüquqi şəxslərlə aparılan valyuta əməliyyatlarının payına düşmüşdür.
Banklar tərəfindən nağd xarici valyutanın alqı-satqısı üzrə aparılmış əməliyyatların həcmi ötən ilin müvafiq dövrünə nəzərən 60.8% artaraq hesabat dövründə 2.2 mlrd. ABŞ dolları ekvivalentində olmuşdur. Bunun 2 mlrd. dollarını və ya 89.7%-ni ABŞ dolları ilə aparılmış əməliyyatlar təşkil etmişdir.