Bankların digər banklara yerləşdirdiyi depozitlərdən əldə etdiyi gəlirlər 2024-cü ildə sektorda mühüm maliyyə mənbələrindən biri olub. Böyük banklar bu sahədən əhəmiyyətli gəlir götürsə də, bəzi banklar üçün bu sahə demək olar ki, əhəmiyyətsiz olub. Ümumilikdə, bank sektoru bu yolla 318 milyon 624 min manat qazanc əldə edib ki, bu da onların ümumi sektor gəlirlərinin təxminən 5%-ni təşkil edir.
Azərbaycanda ən çox kredit faiz gəliri toplayan banklar – SİYAHI, MƏBLƏĞLƏR, CƏDVƏLLƏR (2024)
FED.az xəbər verir ki, ən yüksək gəlir əldə edən bank «Azərbaycan Beynəlxalq Bankı»dır. O, digər banklara yerləşdirdiyi depozitlərdən 94 milyon 41 min manat qazanıb və siyahının zirvəsində qərarlaşıb. İkinci yerdə 63 milyon 403 min manat gəlirlə «Paşa Bank» dayanır. İlk üçlüyü isə 34 milyon 374 min manat gəlirlə «Kapital Bank» tamamlayır. Qeyd edək ki, «Azərbaycan Beynəlxalq Bankı»nın ümumi gəlirinin 8%-lik hissəsi, «Paşa Bank»ın gəlirinin 9%-lik hissəsi, «Kapital Bank»ın isə gəlirinin 2%-lik hissəsi digər bankda depozit gəliri hesabına formalaşıb. Bununla yanaşı, digər banklarla müqayisədə «Azər-Türk Bank»ın vəziyyəti xüsusi diqqət çəkir. Bu bankın depozit gəliri 26 milyon 489 min manat olub və ümumi gəlirlərinin tam 36%-ni təşkil edib. Digər banklarla müqayisədə bu, ümumi gəlirlərdə paya görə ən yüksək göstəricidir.
Ancaq bu sahədə bütün banklar eyni dərəcədə uğur qazana bilməyib. Ən az gəlir əldə edən banklar sırasında «Expressbank» 695 min manat, «Bank Avrasiya» 1 milyon 321 min manat, «AccessBank» isə 1 milyon 682 min manat gəlirlə yer alıb. Onların ümumi gəlirlərində bu mənbənin payı müvafiq olaraq 1%, 7% və 1% təşkil edib. Bundan əlavə, «VTB Bank», «Bank BTB» və «Melli İran Bankı» isə ümumiyyətlə bu sahədən gəlir əldə etməyib.
Ümumi mənzərəyə baxdıqda, iri banklar üçün bu gəlirlər əhəmiyyətli olsa da, kiçik bankların ya bu sahəyə marağı azdır, ya da depozit yerləşdirməklə qazanc əldə etmək onlar üçün çətin görünür.
Bankların 2024-cü ildə digər bankda deposit gəliri və bu məbləğin onların ümumi gəlirlərindəki payı:
№ |
Bankın adı |
Digər bankda deposit gəliri (min manatla) |
Bankın ümumi gəlirlərdəki payı |
1 |
Azərbaycan Beynəlxalq Bankı (ABB) |
94 041 |
8% |
2 |
Paşa Bank |
63 403 |
9% |
3 |
Kapital Bank |
34 374 |
2% |
4 |
Azər-Türk Bank |
26 489 |
18% |
5 |
Azərbaycan Sənaye Bankı |
18 615 |
36% |
6 |
Xalq Bank |
16 626 |
7% |
7 |
Yelo Bank |
15 338 |
8% |
8 |
Bank Respublika |
13 592 |
5% |
9 |
Ziraat Bank Azərbaycan |
8 660 |
13% |
10 |
Yapı Kredi Bank Azərbaycan |
5 475 |
8% |
11 |
Turan Bank |
4 525 |
4% |
12 |
Rabitəbank |
3 556 |
2% |
13 |
Bank of Baku |
3 468 |
2% |
14 |
Unibank |
2 478 |
1% |
15 |
Premium Bank |
2 223 |
5% |
16 |
AFB Bank |
2 063 |
7% |
17 |
AccessBank |
1 682 |
1% |
18 |
Bank Avrasiya |
1 321 |
7% |
19 |
Expressbank |
695 |
1% |
20 |
VTB Bank |
- |
- |
21 |
Bank BTB |
- |
- |
22 |
Melli İran Bankı |
- |
- |
|
|
||
|
Bankların ümumi gəliri |
318 624 |
5% |
Bankların 2024-cü ildə topladığı digər bankda deposit gəliri və bu məbləğin bank sektorunun ümumi digər bankda deposit gəliri yığımlarındakı payı:
№ |
Bankın adı |
Digər bankda deposit gəliri (min manatla) |
Bank sektorunda toplanan ümumi digər bankda deposit gəlirlərində payı |
1 |
Azərbaycan Beynəlxalq Bankı (ABB) |
94 041 |
29.51% |
2 |
Paşa Bank |
63 403 |
19.90% |
3 |
Kapital Bank |
34 374 |
10.79% |
4 |
Azər-Türk Bank |
26 489 |
8.31% |
5 |
Azərbaycan Sənaye Bankı |
18 615 |
5.84% |
6 |
Xalq Bank |
16 626 |
5.22% |
7 |
Yelo Bank |
15 338 |
4.81% |
8 |
Bank Respublika |
13 592 |
4.27% |
9 |
Ziraat Bank Azərbaycan |
8 660 |
2.72% |
10 |
Yapı Kredi Bank Azərbaycan |
5 475 |
1.72% |
11 |
Turan Bank |
4 525 |
1.42% |
12 |
Rabitəbank |
3 556 |
1.12% |
13 |
Bank of Baku |
3 468 |
1.09% |
14 |
Unibank |
2 478 |
0.78% |
15 |
Premium Bank |
2 223 |
0.70% |
16 |
AFB Bank |
2 063 |
0.65% |
17 |
AccessBank |
1 682 |
0.53% |
18 |
Bank Avrasiya |
1 321 |
0.41% |
19 |
Expressbank |
695 |
0.22% |
20 |
VTB Bank |
- |
- |
21 |
Bank BTB |
- |
- |
22 |
Melli İran Bankı |
- |
- |
|
|
||
|
Bank sektorunun ümumi digər bankda deposit gəliri |
318 624 |
100,0% |