Azərbaycanda depozit portfeli ən çox böyüyən bankların adları məlum olub.
FED.az biznes və maliyyə xəbərləri portalı bankların depozit portfelinin dinamikası üzrə hazırladığı renkinqə istinadən xəbər verir ki, ən yüksək artım "Azər Türk Bank"da 3,4 dəfə olmaqla qeydə olunub. Məbləğ ifadəsi ilə bankın depozit portfeli 1 milyard 75 milyon manat həcmində artıb.
"Azər Türk Bank"dan sonra artıma görə ikinci yerdə 45,8% və ya 168,1 milyon manat göstərici ilə "Yapı Kredit Bank Azərbaycan" gəlir.
Depozitlərini 42% və ya 2 milyard 656,7 milyon manat artıran "Kapital Bank" üçüncüdür.
"Ziraat Bank Azərbaycan"ın depozitləri ötən ilin sonu ilə müqayisədə 37,5% və ya 154,2 milyon manat dəyərində artıb.
"Bank Avrasiya"nın depozitlərində 30% və ya 14,5 milyon manat artım baş verib.
Siyahıda 6-cı yerdə 27,8% (24,8 milyon manat) artımla "Bank VTB (Azərbaycan)" yer alıb.
İlk onluqda digər 3 bank "Bank of Baku" (76,7 milyon manat və ya 14,9%), "Expressbank" (31,7 milyon manat və ya 13,7%), və "Azərbaycan Beynəlxaq Bankı" (620,4 milyon manat və ya 6,6%) daxildir.