Azərbaycanda depozit portfeli böyüyən bankların adları məlum olub.
FED.az biznes və maliyyə xəbərləri portalı bankların depozit portfelinin dinamikası üzrə hazırladığı renkinqə istinadən xəbər verir ki, ən yüksək artım "Bank VTB Azərbaycan"da 12,4% olmaqla qeydə olunub. Məbləğ ifadəsi ilə bankın depozit portfeli 14,2 milyon manat həcmində artıb.
"Bank VTB Azərbaycan"dan sonra artıma görə ikinci yerdə 6,3% və ya 23,6milyon manat göstərici ilə "Premium Bank Azərbaycan" gəlir.
Depozitlərini 4,4% və ya 26 milyon manat artıran "Bank of Baku" üçüncüdür.
"Azərbaycan Sənaye Bank"nın depozitləri ötən ilin sonu ilə müqayisədə 3,7% və ya 17,4 milyon manat dəyərində artıb.
"AccessBank"ın depozitlərində 3,3% və ya 33,7 milyon manat artım baş verib.
Siyahıda 6-cı yerdə 1,9% (12,9 milyon manat) artımla "Rabitəbank" yer alıb.
İlk onluqda digər 4 bank "Azərbaycan Beynəlxalq Bankı" (121,9 milyon manat və ya 1,2%), "Bank BTB" (1,7milyon manat və ya 1,2%), "Kapital Bank" (25,5milyon manat və ya 0,3%) və "Unibank" (620 min manat 0,1%) olub.
Hesabat rübündə 10 bankın depozit portfeli ötən ilin sonu ilə müqayisədə artıb.