Azərbaycanda debet kartları üzrə əməliyyatların həcmində artım qeydə alınıb.
FED.az Mərkəzi Bankın hesabatına istinadən xəbər verir ki, 2023-cü ilin oktyabrın 1-nə bu növ əməliyyatların həcmi 7 255 mln manat olub.
Bu da illik müqayisədə 2 461 mln manat (51,3%) artım , aylıq müqayisədə 260 mln manat (3,5%) azalma deməkdir.
Belə ki, 2022-ci ilin oktyabrın 1-nə bu növ əməliyyatların sayı 4 794 mln ədəd, cari ilin sentyabrın 1-nə 7 515 mln manat olub.