"Kömək Kredit İttifaqı" MMC-nin lisenziyası ləğv edilib.
FED.az xəbər verir ki, Maliyyə Bazarlarına Nəzarət Palatasından bildirilib ki, palatanın idarə heyətinin qərarı ilə Füzuli rayonunda fəaliyyət göstərən "Kömək Kredit İttifaqı" MMC-nin lisenziyası ləğv olunub.
Qeyd edək ki, hazırda ölkədəki kredit ittifaqlarının sayı 51-dir.