"Yapı Kredi Bank Azərbaycan"nın maliyyə vəziyyəti məlum olub.
FED.az xəbər verir ki, bu ilin yanvar-sentyabr aylarında bankın cəmi aktivləri 413 milyon 659 min manat olub. Bu ötən ilin eyni dövrü ilə müqayisədə 87 milyon 336 min manat və ya 17,43% azdır.
Bankın öhdəliklərinə gəlincə isə ötən ilin 9 ayı ilə müqayisədə maliyyə təşkilatının öhdəlikləri azalıb. Belə ki, ötən ilin yanvar-sentyabr aylarında bankın 424 milyon 417 min manat öhdəliyi olub. Lakin bu ilin 9 ayında bu göstərici 91 milyon 499 min manat və ya 21,55% azalıb.
Eləcə də bax:Azərbaycanda bank aktivlərinin yeni - RİSK QRUPLARI MÜƏYYƏNLƏŞDİRİLİR
Hesabat dövründə bankın cəmi kapitalı 4 milyon 163 min manat və ya 0,83% artıb.
Ötən ilin yanvar-sentyabr dövrü ilə müqayisədə 2019-cu ilin yanvar - sentyabr dövründə “Yapı Kredi Bank Azərbaycan”nın faiz gəliləri 4,1% azalaraq 24 milyon 953 min manat, qeyri- faiz gəlirləri isə 14% azalaraq 10 milyon786 min manat təşkil edib.
Bankın faiz xərcləri isə 39,2% azalaraq 2 milyon 301 min manat, qeyri - faiz xərcləri isə 3,1% azalaraq 21 milyon 611 min manat təşkil edib.
2019-cu ilin 9 ayı ərzində bankın cəmi gəlirləri 35 milyon 739 min manat, cəmi xərcləri isə 23 milyon 912 min manat təşkil edib. Nəticədə bankın 11 milyon 828 milyon manat əməliyyat mənfəəti formalaşıb. Əməliyyat mənfəətindən 6 milyon 988 min manat ehtiyata ayrılıb və 1 milyon 261 min manat mənfəət vergisi ödənilib. Son nəticə olaraq bankın 3 milyon 773 min manat xalis mənfəəti yaranıb.