Pakistan Milli Bankının Bakı filialı 2020-ci ili 212 min manat zərərlə başa vurub.
Eləcə də bax: Banklar 2020-ci ili belə başa vurdular - MƏNFƏƏT VƏ ZƏRƏR, MƏBLƏĞLƏR - SİYAHI
FED.az filialın maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2019-cu ilə nisbətən 47,1% azdır.
Ötən il Pakistan bankının gəlirləri 607 min manat (40,2% çox), xərcləri 821 min manat (5,3% az), xüsusi ehtiyatlara ayırmalar üzrə qənaəti isə 2 min manat (93,9% az) təşkil edib.
Bu il yanvarın 1-nə Bakı filialının aktivləri 12,455 milyon manat olub ki, bu da 1 il əvvələ nisbətən 22,5% çoxdur. Bunun 631 min manat müştərilərə verilmiş xalis kreditlərdir. 2020-ci ildə Bankın kredit portfeli 3,7% kiçilib.
Hesabat dövründə Pakistan bankının öhdəlikləri 6,95 dəfə artaraq 2,923 milyon manata, o cümlədən depozit portfeli 7,2 dəfə artaraq 2,912 milyon manata çatıb, balans kapitalı isə 2,2% azalaraq 9,532 milyon manata düşüb.
Xatırladaq ki, Pakistan Milli Bankının Bakı filialı 1996-cı ildən fəaliyyət göstərir. Onun nizamnamə kapitalı 9,42 milyon manatdır.(Report)