2020-ci ildə Ordubad rayonunda Dəstə Radio-Televiziya Ötürücü Stansiyası üçün binanın, “Naxçıvanbank” Açıq Səhmdar Cəmiyyətinin Şərur və Kəngərli rayon filiallarının inzibati binalarının, 6 kənd və 6 xidmət mərkəzinin açılışı olub.
FED.az xəbər verir ki, bunu dekabrın 30-da altıncı çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin dördüncü sessiyasında Ali Məclisin sədri Vasif Talıbov bildirib.
O əlavə edib ki, Naxçıvan şəhərində “ASAN Xidmət” mərkəzinin, “Naxçıvan Duz İstehsalı” MMC üçün yeni müəssisənin və Duzdağda yeni şaxtanın, “Naxçıvanbank” ASCnin Şahbuz rayon filialının, Sədərək rayonunda Radio-Televiziya Ötürücü Stansiyası üçün binanın, 5 kənd və 4 xidmət mərkəzinin tikintisi, Şərur şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyin binasının yenidən qurulması davam etdirilib.