Gürcüstanda bank filialına silahlı hücum edən şəxs saxlanılıb.
"Bravo"ya silahlı hücum edən şəxslərin - MƏHKƏMƏSİ KEÇİRİLİB
FED.az xəbər verir ki, bu barədə ölkənin Daxili İşlət Nazirliyi məlumat yayıb.
Qeyd edək ki, dünən paytaxt Tbilisidə yerləşən “TBC Bank” filialına silahlı şəxs daxil olub.
Onun hücumu nəticəsində xəsarət alan olmayıb. Cinayəti törətməkdə şübhəli bilinən şəxs bankdan pul götürə bilməyib, lakin qaça bilib.
Nazirliyin məlumatına görə, saxlanılan 40 yaşlı kişi quldurluq və qanunsuz olaraq odlu silah əldə etmək, saxlamaq və gəzdirməkdə təqsirləndirilir. Onu 7 ilə qədər həbs gözləyir. (Apa)