Aktivlərinin dinamikası bankların böyüməsini, yaxud kiçilməsini göstərən ən ümumi göstərici hesab edilə bilər. Fed.az-ın Analitik Qrupu bütün banklar üzrə maliyyə göstəricilərinin əks olunduğu hesabatları incələyərək bu suala cavab axtarıb. Əldə olunan nəticə budur ki, 2018-ci ildə 19 bank böyüyüb, 11 bank kiçilib.
Bank sektoru üzrə ümumi aktivlərdə böyüyən 19 bankın payı 60%, kiçilən 11 bankın xüsusi çəkisi isə 40% təşkil edib.
Eləcə də bax: Ən çox və ən faiz gəliri əldə edən banklar - RENKİNQ (31.12.2018)
Böyüyən banklar
Hesabatların analizi göstərir ki, böyüyən bankların aktivlərinin həcmi 3.031 mlrd. manat artıb və 2018-ci ilin sonuna 17.733 mlrd. manat təşkil edib.
Aktivlərin artımının 2.387 mlrd. manatı və ya 79%-i 5 bankın hesabına baş verib. Həmin banklara daxildir:
- PAŞA Bank ASC – aktivləri 1.144 mlrd. manat artıb;
- Kapital Bank ASC - aktivləri 532 mln. manat artıb;
- Bank Respublika ASC- aktivləri 281 mln. manat artıb;
- PremiumBank ASC – aktivləri 235 mln. manat artıb;
- Xalq Bank ASC - aktivləri 194.6 mln. manat artıb.
2018-ci ildə böyüyən banklar və onların böyümə miqyası
Bankın adı |
Aktivlərin məbləği, mln. manat |
Aktivlərin artımı, əvvəlki ilə nisbətən mln. manatla |
||
|
2017 |
2018 |
|
|
|
PAŞA Bank ASC |
3551.8 |
4695.7 |
1143.9 |
|
Kapital Bank ASC |
3184.5 |
3716.5 |
532.0 |
|
Xalq Bank ASC |
1813.6 |
2008.2 |
194.6 |
|
AccessBank QSC |
844.8 |
878.7 |
33.9 |
|
Rabitəbank ASC |
727.2 |
772.1 |
44.9 |
|
Bank Respublika ASC |
702.1 |
983.1 |
281.0 |
|
Unibank KB ASC |
601.8 |
693.9 |
92.1 |
|
Muğanbank ASC |
480.2 |
551.6 |
71.4 |
|
TuranBank ASC |
477.3 |
492.6 |
15.3 |
|
PremiumBank |
411.3 |
646.3 |
235.0 |
|
Azər Türk Bank ASC |
335.2 |
368.3 |
33.1 |
|
Expressbank ASC |
314.3 |
395.2 |
80.9 |
|
Bank BTB ASC |
268.8 |
314.8 |
46.0 |
|
Amrahbank ASC |
204.8 |
230.3 |
25.5 |
|
NBCBank ASC |
204.1 |
283.4 |
79.3 |
|
Ziraat Bank Az.ASC |
186.7 |
227.9 |
41.2 |
|
Bank Avrasiya ASC |
151.2 |
167.6 |
16.4 |
|
Naxçıvanbank ASC |
141.9 |
196.5 |
54.6 |
|
Bank Melli İran Bakı filialı |
100.5 |
110.4 |
9.9 |
Cəmi |
14702.1 |
17733.1 |
3031 |
2018-ci ildə aktivləri artan yerdə qalan 14 bank isə ümumi artımın cəmi 644 mln. manatını və ya 21%-ni təmin edib. Mütləq ifadədə aktivləri ən az artan 5 bank isə aşağıdakılar olub:
1. Azər Türk Bank ASC - aktivləri 33.1 mln. manat artıb;
2. Amrahbank ASC - aktivləri 25.5 mln. manat artıb;
3. Bank Avrasiya ASC – aktivləri 16.4 mln. manat artıb;
4. TuranBank ASC – aktivləri 15.3 mln. manat artıb;
5. Bank Melli İran Bakı fililalı – aktivləri 9.9 mln. manat artıb;
Lakin aktivlərin mütləq göstəricilə artımına görə ilk 5-liyə düşən bankların tərkibi böyümənin sürətinə görə (faiz etibarı ilə) ilk 5-likdə olan bankların sırasından fərqlənir. Böyümənin sürətinə (faiz etibarı ilə) görə bankların müqayisəsi aşağıdakı kimi olub:
Diaqramdan göründüyü kimi, il ərzində ən yüksək böyümə sürəti Premium Bankda olub – 57.1%. Sonrakı yerlərdə 32.2-40% intervalı ilə Bank Respublika, NBC Bank, NaxçıvanBank və PaşaBank bölüşür. Ən aşağı böyümə sürəti isə Turan Bankda olub – 3.2%
2018-ci ildə Aktivlərin böyüməsində həm cəlb olunmuş resursların (xüsusilə depozitlərin), həm də bankların kapitalının artırılmasının rolub olub. Əvvəlki ilə nisbətən depozitlərin həcmi təxminən 1.6 mlrd. manata, bank kapitalının həcmi isə 360 mln. manata yaxın artıb.
Kiçilən banklar
Hesabatların analizi göstərir ki, kiçilən bankların üzrə aktivlər 1.773 mlrd. manat azalıb və 11.342 mlrd. manat təşkiol edib.
Aktivlərin azalmasının 1.654 mlrd. manatı və ya 93.3%-i 5 bankın hesabına baş verib. Həmin banklara daxildir:
- Beynəlxalq Bank ASC – aktivləri 762.3 mln. manat azalıb;
- AtaBank ASC - aktivləri 407.3 mln. manat azalıb;
- Bank VTB Az. ASC - aktivləri 261.9 mln. manat azalıb;
- Sənaye Bankı ASC – aktivləri 122.9 mln. manat azalıb;
- Bank of Baku ASC - aktivləri 99.8 mln. manat azalıb.
Göründüyü kimi, ən çox azalma Beynəlxalq Bankda qeydə alınıb və bu son 3 ildə Azərbaycan hökuməti tərəfindən bankın sağlamlaşdırma tədbirlərinin davam etdirilməsi bağlı olub. Bütövlükdə 2018-ci il ərzində aktovləri azalan banklar və azalmanın mütləq ifadədə məbləği aşağıdakı kimi olub:
2018-ci ildə kiçilən banklar və onların kiçilmə miqyası
Bankların adı |
Aktivlərin məbləği,
|
Aktivlərin azalması, əvvəlki ilə nisbətən mln. manatla |
||
2017 |
2018 |
|||
1. |
Bank VTB Az. ASC |
397.2 |
135.3 |
-261.9 |
2. |
AtaBank ASC |
625.9 |
218.6 |
-407.3 |
3 |
Bank of Baku ASC |
399.9 |
300.1 |
-99.8 |
4. |
AFB Bank ASC |
494.6 |
417.5 |
-77.1 |
5. |
Sənaye Bankı ASC |
945.2 |
822.3 |
-122.9 |
6. |
Beynəlxalq Bank ASC |
8695.1 |
7932.8 |
-762.3 |
7. |
Nikoil Bank İKB ASC |
437.3 |
417 |
-20.3 |
8. |
AGBank ASC |
488.4 |
469.2 |
-19.2 |
9. |
Pakistan Milli Bankı Bakı f. |
11.7 |
11.5 |
-0.2 |
10 |
Günay Bank ASC |
192.2 |
191.2 |
-1.0 |
11. |
Yapı Kredi Bank Az.QSC |
427.3 |
426.7 |
-0.6 |
Cəmi |
13114.8 |
11342.2 |
-1772.6 |
Faiz etibarı ilə aktivlərin azalma sürəti də banklar üzrə fərqli olub. Miqyasına görə ən yüksək kiçilən bank Bank VTB Azərbaycan ASC olub – bu bank il ərzində aktivlərinin təxminən 66%-ni itirib. Eyni zamanda, kiçilmənin miqyası AtaBank ASC üzrə 65%, Bank of Baku ASC 25%, AFB Bank ASC üzrə 15.6%, Sənaye Bankı ASC üzrə 13% yerdə qalan 6 bank üzrə 10%-dən aşağı olub.