Azərbaycanda bank rəhbərlərinin illik maaş və bonuslarının necə dəyişdiyi məlum olub.
Azərbaycanda bank rəhbərlərinin gəlirləri açıqlandı – SİYAHI, MƏBLƏĞLƏR
FED.az xəbər verir ki, 2024-cü ildə ölkənin bütün bankları mənfəətlə işlədiklərinə görə, rəhbərliyi səxavətlə mükafatlandırıb, bununla yanaşı, bəzi banklarda rəhbərliyin maaş və bonusları azalıb.
Qeyd edək ki, bank rəhbərliyi dedikdə bankın idarəçi menecerləri - idarə heyətinin sədri və üzvləri nəzərdə tutulur.
2024-cü ildə bank rəhbərlərinin gəlirlərində ən böyük artım «Kapital Bank», ABB Bank və «VTB Bank»da qeydə alınıb.
Ən böyük azalma isə «Paşa Bank»da baş verib. Yalnız ötən il fəaliyytəsiz qalmış İran Milli Bankının Bakı filialı rəhbərliyə ayrıca ödəniş hesablamayıb.