"Caspi Finance Bank Olmayan Kredit Təşkilatı" MMC ləğv olunduğunu elan edir.
FED.az MMC-nin elanına istinadən xəbər verir ki, kreditorlar iki ay ərzində tələblərini AZ1014 Bakı şəhəri, Nəsimi rayonu, Salatın Əsgərova küçəsi, ev 159, mənzil ünvanına bildirə bilərlər.
2012-ci ildə dövlət qeydiyyatına alınmış "Caspi Finance" 300 min manat nizamnamə kapitalına malikdir. Şirkətin qanuni təmsilçisi Rəhimov Orxan Vaqif oğludur.