Azərbaycanda biznes kredit portfelini ən çox genişləndirən bankların adları məlum olub.
FED.az bu barədə bankların rüblük hesabatı əsasında hazırladığı biznes kredit portfelinin dinamikası üzrə renkinqə istinadən xəbər verir.
Renkinqə əsasən ən yüksək artım 6,3 dəfə (251,3 milyon manat) olmaqla "Azər Türk Bank"da qeydə alınıb.
"Kapital Bank" 19% (260,5 milyon manat) artımla ikinci, "Unibank" 15% (48,7 milyon manat) artımla üçüncü olub.
Ölkənin ən nəhəng bankı olan ABB biznes kredit portfelini son 6 ay ərzində 14% və ya 357,9 milyon manat böyüdüb.
"Expressbank"ın kredit portfelində 12%, başqa sözlə 13,4 milyon manat artım baş verib.
Biznes kredit protfelini iki bank isə 10% artırıb. Bunlardan məbləğ ifadəsi ilə "Bank VTB Azərbaycan"da 6,7 milyon manat, "Yelo Bank"da isə 46,6 milyon manat artım baş verib.