Azərbaycanda biznes kreditlərini sürətlə artıran banklar məlum olub.
FED.az biznes və maliyyə xəbərləri portalının tərtib etdiyi RENKİNQ-ə əsasən, 2026-cı ilin 2-ci rübünün nəticələrinə görə, ölkədə biznes kreditlərini ən sürətləartıran artıran banklar «AFB Bank» olub.
2026-cı ilin 1-ci yarısında «AFb Bank»ın biznes kredit portfeli 78 milyon manat və ya 49% artaraq 237 milyon manata üksəlib. Xatırladaq ki, ilin əvvəlində bankın biznes kredit portfeli 159 milyon manat idi.
Biznes kreditlərini sürətə artıran 2-ci bank «Unibank»dır. Ümumilikdə indiyədək daha çox istehlak kreditləri üzrə ixtisaslaşan «Unibank» portfelinin strukturunu dəyişməkdədir – nəticədə bu ilin ilk yarısında bankın biznes kreditləri 139 milyon manat və ya 25% artaraq 700 milyon manatlıq həddə yaxınlaşıb – 693 milyon manat.
Ölkənin bank sektorunun liderlərindən olan «Kapital bank» isə biznes kredit portfelini məbləğ ifadəsində ən çox artıran bankdır. Bir neçə il əvvəl biznes sektoruna yönələn bank bu sahədəki kredit portfelini sürətlə artırır. İlk yarım ildə «Kapitalbank»ın kredit portfelində biznes kreditlərin məbləği 351 milyon manat və ya 20,8% artaraq 2 milyard manatı keçib – 2 milyard 44 milyon manat.
Bir qayda olaraq holdinq daxili kreditləşməyə üstünlük verən ASB bankın da adı biznes kreditini artıran banklar arasındadır. İlk yarım ildə bankın biznes kreditləri təqribən 63 milyon manat və ya 20% artaraq 372 milyon manata çatıb.
Ölkənin ən fəal banklarından olan «Bank of Baku» da biznes kreditləri bazarında iştirakını artırmaqdadır. 2026-cı ilin ilk yarım ilində bankın biznes kreditləri 24 milyon manat və ya 16% artaraq 172 milyon manata yüksəlib.













