Göstərilən xidmətlərin keyfiyyətini artırmaq məqsədilə "AzeriCard" prosessinq mərkəzi sistemi mütəmadi olaraq yeniləyir.
Eləcə də bax: “Azericard”a yeni baş inzibatçı - Təyinatı
FED.az xəbər verir ki, mərkəzinin apardığı təkmilləşdirmə işləri ilə əlaqədar 15 aprel saat 01:30 – 06:00 arası bəzi bankların onlayn kart əməliyyatları deaktiv olacaq.
Plastik kartlarla dövriyyədə olan əməliyyatlar göstərilən müddətdə onlayn rejimdə işləməyəcək. (Apa)