2017-ci il iyulun 1-nə Azərbaycanda banklar tərəfindən 2,501 min ədəd bankomat quraşdırılıb ki, bu da ilin əvvəlinə olan göstəricidən 1,9% çoxdur.
Azərbaycan Mərkəzi Bankının (AMB) məlumatına görə, iyulun 1-nə Bakıda 1,358 min ədəd (artım 2,7%), regionlarda 1,143 min ədəd bankomat (artım 1%) quraşdırılıb.
AMB-nin məlumatına görə, yanvar-iyun aylarında respublika ərazisində ticarət və xidmət obyektlərində quraşdırılan pos-terminalların sayında azalma müşahidə olunub. Xüsusilə iyul ayının əvvəlinə onların sayı 70,019 min ədəd (azalma 2,5%) təşkil edib.
Bununla yanaşı, Bakıda 39,759 min ədəd (azalma 1,9%), regionlarda 30,26 min ədəd (azalma 3,3%) pos-terminal mövcuddur.
Pərakəndə ticarət obyektlərində 69,003 min ədəd pos-terminal və ya bütün pos-terminalların 98,5%-i quraşdırılıb.