Bank

Azərbaycanda bankomatlar azalıb 

Azərbaycanda bankomatlar azalıb  | FED.az
23:06 6 Sen 2018

2018 -ci ilin iyul ayında Azərbaycanda banklara məxsus bankomatların sayı azalaraq may ayındakı həddə çatıb. 

FED.az Mərkəzi Bankın hesabatına istinadən xəbər verir ki, həmin ayda bankomatların sayı 2470-ə düşüb. Halbuki, iyun ayında bu rəqəm 2481 olub. 
 Ondan öncəki ayda isə bankmatların sayı 2471 ədəd olub.

İyulda ləğv edilən bankomatların 6-sı paytaxtın, 5-i isə regionların payına düşüb.  Belə ki, 2018-ci ilin iyun ayında Bakıda fəaliyyət göstərən bankomatların sayı 1 340 ədəd, iyulda isə  1 334 ədəd olub. Regionlarda isə bu rəqəmlər müvafiq olaraq 1141 ədəd və 1136 ədəd təşkil edib.

Onu da deyək ki, Azərbaycanda bankomatlarının sayının ən yüksək həddi 2015-ci ilin oktyabrında müşahidə edilib. Həmin vaxt ölkədə 2711 ədəd bankomat olub. Ondan sonra say azalmağa başlayıb. Bu tendensiya 2017-ci ilin əvvəlinə qədər davam edib. Həmi ilin uyulunda bankomatların sayı artaraq 2505 ədədə yüksəlib. Ondan sonrakı tarixlərdə yenidən azalmağa başlayıb. 

 
    

 

Digər xəbərlər

Banner