2020-ci ilin yanvar-noyabr aylarında Azərbaycanda banklar biznes və istehlak kreditləri üzrə portfeli azaldıb, ipoteka kreditləşməsini artırıb.
Mərkəzi Bankın məlumatına görə, 2020-ci il noyabrın 30-na bankların kredit portfeli 14 milyard 304,7 milyon manat (2019-cu ilin sonuna olan göstərici ilə müqayisədə azalma 4%) həcmində qiymətləndirilir.
Yanvar-noyabr aylarında banklar biznes kreditləri üzrə portefli 5% - 8 milyard 576,4 milyon manatadək və ya bankların bütün kredit portfelinin 60%-i səviyyəsində azaldıb. Noyabr ayında bankların biznes kreditləri üzrə portfeli 103,4 milyon manat azalıb.
11 ay ərzində banklar istehlak kreditləşməsi üzrə portfeli 8,5% - 3 milyard 730,9 milyon manatadək azaldıb, xüsusi çəki 26,1% təşkil edib. Noyabr ayında banklar istehlak kreditləşməsi üzrə portfeli 15,8 milyon manat azaldıb.
2020-ci ilin yanvar-noyabr ayları ərzində banklar ipoteka kreditləri üzrə portfeli 11,3% - 1 milyard 997,4 milyon manatadək və ya bankların bütün kredit portfelinin 14%-dək artırıb. Noyabr ayında verilmiş ipoteka kreditləri üzrə portfel 14,6 milyon manat artıb.