Azərbaycan Mərkəzi Bankı (AMB) ölkənin bank sektorunun 31 avqust 2022-ci il tarixinə olan vəziyyətini açıqlayıb.
Eləcə də bax: Bank sektorunun əsas göstəriciləri - AÇIQLANDI
FED.az xəbər verir ki, ilk 8 ayında bank sektorunun faiz gəlirləri 1 milyard 716 milyon manat olub. Bu ötən ilin eyni dövrü ilə müqayisədə 26% artıqdır.
Bu dövrdə bankların kredit portfelindən gələn faiz gəlirləri 29% artaraq 1 milyard 408 milyonq manat təşkil edib.
Bankların faiz xərcləri 410 milyon manat (16% artıb), depozitlərə görə ödədiyi faizlər isə 285 milyon manat (23% artıb) təşkil edib.
İlk 8 ayda bankların qeyri-faiz gəlirləri 762 milyon manat (32,2% artıb) olub. Qeyri-faiz xərcləri isə 1 milyard 183 milyon manat (29% artıb) təşkil edib.
Nəticədə bank sektoru 8 ayı 850 milyon manat əməliyyat mənfəəti (32% artıb) ilə tamamlayıb.
Bu məğbləğin 124 milyon manatı aktivlər üzrə mmükün zərərləri qarşılamaq üçün ehtiyatlara ayrılıb (15% artıb). 136 milyon manat mənfəət vergisi kimi ödənilib (66% daha çox).
Nəticədə bank sektoru 8 ayı 589 milyon manat xalis mənfəətlə başa vurub.
Bu ötən ilin eyni dövründəki göstəricidən (455 milyon manat olmuşdu) 29% artıqdır.