Azərbaycan Respublikasının Mərkəzi Bankı nağd xarici valyuta ilə mübadilə əməliyyatları barəsində statistikasını açıqlayıb.
FED.az Banker.az-a istinadən xəbər verir ki, bu barədə AMB-dən məlumat verilir.
Statistikaya görə, 2019-cu ilin fevral ayında banklar tərəfindən nağd 153 milyon 717 min dollar alınıb, 170 milyon 810 min dollar satılıb. Ötən ilin fevral ayında isə banklar tərəfindən 222 milyon 427 min dollar alınıb, 151 milyon 155 min dollar isə satılıb. Belə ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə 2019-cu ilin fevral ayında dolların alışı 44,6 % azalıb, satışı isə 13 % artıb.
Eləcə də bax: Problemli kreditlərin həlli borcluların korlanmış kredit tarixçəsini düzəldəcəkmi?
Fevral ayında banklar tərəfindən 14 milyon 180 min avro alınıb, 53 milyon 225 min avro satılıb. Ötən ilin analoji dövrüylə müqayisədə bu il banklar tərəfindən alınan avronun sayında 56 % artım, satışında isə 0,12 % azalma müşahidə olunur.
Həmçinin banklar tərəfindən 2019-cu ilin fevral ayında 856 min funt sterlinq alınıb və 1,503 min funt sterlinq isə satılıb. Bu da 2018-ci ilin fevral ayı ilə müqayisədə bu il funt sterlinqin alınmasında 21,4 % , satışında isə 14 % azalma deməkdir.