Banner

Bank

Azərbaycanda bankların mənfəəti - KƏSKİN ARTIB – RƏQƏMLƏR AÇIQLANDI

Azərbaycanda bankların mənfəəti - KƏSKİN ARTIB – RƏQƏMLƏR AÇIQLANDI | FED.az
13:01 31 Mart 2020

2020-ci ilin yanvar-fevral ayılarnıda Azərbaycanda bankların mənfəəti ötən illə müqayisədə ikiqat artıb. 

FED.az Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, ilk iki ayda bank sektorunun gəlirləri 443,9 milyon manat təşkil edib. Bu ötən illə müqayisədə 25,4 milyon manat və ya 6,1% artıqdır. 

Bankların xərcləri isə 286,2 milyon manat təşkli edib, bu ötən illə müqayisədə  25,7 milyon manat və ya 9,9% artıqdır. 

Bu dövrdə bankların xalis mənfəəti 97,9 milyon manat təşkil edib. Bu ötən ilin eyni dövrü ilə müqayisədə təqribən iki dəfə artıqdır. Ötən il bu göstərici 49,2 milyon manat idi.

Digər xəbərlər

Banner