Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) 2018-ci ilin yanvar-oktyabr ayları üçün bank göstəricilərini açıqlayıb.
FED.az MBNP-a istinadən xəbər verir ki, 2018-ci ilin 10 ayında bankların sayı ilin əvvəlinə nəzərən dəyişməyərək 30 ədəd təşkil edib. Banklardan 28-i özəl 2-i isə dövlət bankıdır. Bu il lisenziyası ləğv edilmiş bank olmayıb, lakin ötən ilin sonu lisenziyası ləğv edilmiş bank sayı 2 ədəd ( Dəmir Bank və Bank Standart) təşkil etmişdi.
ELƏCƏ DƏ BAX: Bankların cəmi aktivləri nəyin hesabına artıb?
Müvafiq dövrdə bankın filiallarının sayı ilin əvvəlinə nisbətən 1 ədəd azalaraq 508 ədəd, bankların şöbələrinin sayı 2 ədəd azalaraq 140 ədəd olub. ATM-in sayında artım olub. ATM-in sayı 2018-ci ilin 10 ayında iin əvvəli ilə müqayisədə 61 ədəd və ya 2,51% artaraq 2 min 492 ədədə çatıb.