Bu ilin sentyabrın 1-nə Azərbaycan banklarının faiz gəlirləri 1 milyard 270.9 milyon manat olub.
Eləcə də bax: Bank sektorunun əsas göstəriciləri - AÇIQLANDI
FED.az Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 28,9% çoxdur. Belə ki, 2021-ci ilin yanvar-avqust ayları üzrə bankların xalis faiz gəlirləri 985.5 milyon manat təşkil etmişdi. (Apa)