2023-cü ilin yanvar-may aylarında Azərbaycanda bankların biznes, ipoteka və istehlak kreditləri portfeli artıb.
FED.az xəbər verir ki, Mərkəzi Bankın məlumatına görə, 31 may 2023-cü il tarixinə bankların kredit portfeli 20 milyard 659,26 milyon manat məbləğində qiymətləndirilir (2022-ci ilin sonuna olan göstərici ilə müqayisədə artım 5,4%). Mayda bankların portfeli 279,7 milyon manat artıb.
2023-cü ilin yanvar-may aylarında bankların biznes kreditləri portfeli 2,9% - 11 milyard 170,8 milyon manata qədər (bütün kredit portfelinin 54,1%-i), mayda 62,8 milyon manat artıb.
Yanvar-may aylarında bankların istehlak kreditləri portfeli 8,2% - 6 milyard 224,5 milyon manata qədər artıb, xüsusi çəki 30,1% təşkil edib. Mayda istehlak kreditləri portfeli 152,2 milyon manat artıb.
Hesabat dövründə bankların ipoteka kreditləri portfeli 9,3% - 3 milyard 263,95 milyon manata qədər və ya bankların bütün kredit portfelinin 15,8%-i səviyyəsində artıb. Mayda ipoteka kreditləri portfeli 64,7 milyon manat artıb.
2023-cü il mayın 31-nə Azərbaycanda 24 bank fəaliyyət üçün lisenziyaya malik olub. (İnterfaks-Azərbaycan)