2023-cü ilin yanvar-sentyabr aylarında Azərbaycanda bankların biznes kreditləri portfeli 11,3% - 12 milyard 78,67 milyon manata qədər artıb.
FED.az xəbər verir ki, bu barədə Mərkəzi Bankdan (AMB) məlumat verilib.
Sentyabrda bankların biznes kredit portfeli 256,9 milyon manat artıb (avqustda artım 199,1 milyon manat olub).
Sentyabrın 30-na dövlət fondları hesabına maliyyələşdirilən biznes kreditləri portfeli 976,3 milyon manat məbləğində (2022-ci ilin sonuna olan göstərici ilə müqayisədə azalma 7,2% - İF) qiymətləndirilir.
Biznes kreditlərinin strukturunda 5 milyard 412,3 milyon manat iri biznesin, 2 milyard 525,85 milyon manat orta biznesin, 1 milyard 727,4 milyon manat kiçik biznesin, 2 milyard 413,06 milyon manat isə mikro biznesin payına düşür.
AMB-nin məlumatına görə, sentyabrın sonuna biznes kreditlərinin strukturunda qeyri-işlək kreditlərin həcmi 515,8 milyon manat məbləğində (portfelin 4,3%-i) qiymətləndirilir. 2022-ci ilin sonuna bu göstərici 507,3 milyon manat (4,7%) təşkil edib. (İnterfaks-Azərbaycan)