Azərbaycanda banklar Mərkəzi Banka olan borclarını 2 dəfəyə yaxın azaldıblar. FED.az Maliyyə Bazarlarına Nəzarət Palatasına (MBN) istinadən xəbər verir ki, bu ilin birinci yarısına olan məlumata görə, Mərkəzi Bankın (AMB)banklara olan tələbləri 207 mln manat təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 2 dəfəyə yaxın azdır . Belə ki, ötən ilin birinci yarısında AMB nin banklara tələbi 438 mln manat təşkil edirdi.
Azərbaycanda bankların baş banka borcu - 2 DƏFƏYƏ YAXIN AZALIB
09:52
31 İyul 2019