Azərbaycanda bankların ATM-lərin sayında artım qeydə alınıb.
FED.az Mərkəzi Bankın hesabatı əsasında apardığı hesablamalara istinadən xəbər verir.
Belə ki, cari ilin sentyabr ayında ATM-lərin sayı 3 047 ədəd olub.
Bu da aylıq 15 ədəd (0,5%), illik isə 83 ədəd (2,8%) çoxdur.
Keçən ay ATM-lərin ümumi sayı 3 032, ötən ilin sentyabr ayında 2 964 ədəd olub.