Azərbaycanda bankların ATM-lərin sayında artım qeydə alınıb.
FED.az Mərkəzi Bankın hesabatı əsasında apardığı hesablamalara istinadən xəbər verir.
Belə ki, cari ilin avqust ayında ATM-lərin sayı 3 032 ədəd olub.
Bu da aylıq 17 ədəd (0,6%), illik isə 72 ədəd (2,4%) çoxdur.
Keçən ay ATM-lərin ümumi sayı 3 015, ötən ilin avqust ayında 2 960 ədəd olub.